Bakıda beynəlxalq turnir keçiriləcək
18 May 2010 Çərşənbə Axşamı 23:30
Komandamızı 6 yerli, 6 rus idmançı təmsil edəcək.
May ayının 22-də Bakıda pankration üzrə Beynəlxalq turnir keçiriləcək. Yarışda Azərbaycan yığma komandası Avropanın ən güclü pankrationçuları ilə qarşılaşacaq.

Sərhədçi Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda Azərbaycan komanadasının tərkibində 6 yerli pankrationçu mübarizə aparacaq. Yüngül çəkilərdə Bəxtiyar Arzumanovla, Aqşin Babayev döyüşəcək. Orta ağırlıqlı idmançılardan Ceyhun Söhbətovla, Teymur Əliyev ölkəmizin idman şərəfini qoruyacaq. Nəvai Qasımov isə ağırların yarışında məharətini göstərəcək.

Avropa seçməsinə qarşı görüşlərdə 6 rus idmançı da millimizin tərkibindən döyüşəcək. Onlar arasında ən məşhuru qaydasız döyüş üzrə bütün dünyada ad çıxarmış Fyodr Yemelyanenkonun qardaşı, Aleksandr Yemelyanenkodur.

Bu turnirdə daha bir azərbaycanlı qüvvəsini sınayacaq. Söhbət Belarusu təmsil edən həmyerlimiz Zabit Səmədovdan gedir. O, “K1” versiyasında hollandiyalı rəqibi ilə görüşəcək.

Qeyd edək ki, pankration üzrə beynəlxalq turnirdə Azərbaycan idmançılarına qarşı Avropanın bir çox titullu pankrationçuları vuruşacaq. Onlar arasında Fransalı Edrien Malibrense və Jil Saraf da var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar