Bakıda beynəlxalq boks turniri baş tutacaq
12 İyul 2011 Çərşənbə Axşamı 23:39
2012-ci ildə Londonda keçiriləcək olimpiya oyunlarında iştirak etmək üçün bu il idmanın daha 4 növündə lisenziyalar oynanılacaq.
Bu il 2012-ci ildə Londonda keçiriləcək XXX Olimpiya və XIV Paralimpiya oyunlarına hazırlığın əsas mərhələsidir. Olimpiya oyunlarında iştirak etmək üçün 2011-ci ildə idmanın daha 4 növündə lisenziyalar oynanılacaq.
İyul ayında suya tullanma üzrəlisenziya Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək. Avqust ayında keçiriləcək baydarka və kanoedə avarçəkmə üzrə lisenziyalar Macarıstanın Seqed şəhərində baş tutacaq. Cüdo üzrə isə avqustda Fransanın Paris şəhərində keçiriləcək. Sentyabr ayında da keçiriləcək boks isə Bakıda baş tutacaq.
Qeyd edək ki, dünya çempionatında idmançılardan Dmitri Marşin (yüngül atletika), Soltan Mihiddinov (boks), Fəridə Əzizova və Ramil Əzizov (hər ikisi - taekvondo) Olimpiya oyunlarında iştirak etmək üçün artıq lisenziya alıblar. anspress
DOSTLARINLA PAYLAŞ: