Bakıda Bədi Gimnastika Kompleksi inşa olunacaq
05 Mart 2009 Cümə Axşamı 12:45
Bu barədə Gənclər və idman naziri Azad Rəhimov məlumat verib

 

Bu gün Azərbaycanda İdman günü kimi qeyd olunur. Bu münasibətlə Gənclər idman naziri Azad Rəhimov, bir sıra idman təşkilatları, tələbələr və idman təmayüllü məktəblərin şagirdləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Azad Rəhimovun sözlərinə görə, 5 mart artıq 4-cü ildir ki, idman günü kimi qeyd olunur. Nazir bütün idmançıları bu gün münasibətilə təbrik edərək, 2009-cu ildə görüləcək işlər barədə jurnalistlərə açıqlama verib: “Hazırda mövcud idman və Pekin Olimpiadası onu göstərdi ki, elmi yanaşma ən vacib yanaşmalardan biridir. Biz də çalışmalıyıq ki, Bədən Tərbiyəsi və İdman Akademiyası, Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi bütün imkanlardan istifadə etsin. Biz bu il tədrisi yüksək səviyyəyə qaldırmalıyıq. Bu il də yeni idman komplekslərinin, Bakı şəhərində Bədi Gimnastika Kompleksinin inşası nəzərdə tutulub. İnanıram ki, yaxın 3-4 ay ərzində təməlqoyma mərasimi keçirəcəyik.” /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar