Bakıda bal yarmarkası keçiriləcək
02 Sentyabr 2011 Cümə 12:12
Yarmarkada 1000 tona yaxın balın olacağı gözlənilir
Bakının Xətai rayonunun ərazisində sentyabrın 20-dən oktyabrın 5-dək Əhmədli metrosstansiyasının yaxınlığındakı “Bakı” kinoteatrının qarşısında arıçılıq məhsullarının növbəti respublika satış yarmarkası keçiriləcək. ANS PRESS-in Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu il də yarmarkanın yüksək səviyyədə təşkili planlaşdırılır.

Qeyd edək ki, son illər Bakıda bal satışı yarmarkasının keçirilməsi artıq ənənə halını alıb. Yarmarkalar müxtəlif ərazilərdə keçirilib. 2009-cu ildə ölkədə 1600 ton bal yığılıb. 2010-cu ildə isə bu rəqəm 1000 tona düşüb. Bu il də bu rəqəmin 1000 tondan çox olmayacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar