Bakıda 80 yaşlı qoca tamah məqsədilə qətlə yetirilib
22 Oktyabr 2009 Cümə Axşamı 16:40
Şübhəli bilinən 27 yaşlı Rəşan İsrafilov tutulub
Bakının Əzizbəyov rayonu ərazisində qətl hadisəsi baş verib. Əzizbəyov rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, 80 yaşlı Rafiq Əliyev boğaz nahiyəsindən kəsilərək qətlə yetirilib.
Onun meyidi oktyabrın 21-də saat 21.30 radələrində Əzizbəyov rayonunun Pirallahı qəsəbəsi Xanlar küçəsi ev 21-də yaşayan tapılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən 27 yaşlı Rəşan İsrafilov tutulub.
Cinayət işinin istintaqını aparan Əzizbəyov rayon Prokurorluğunun müstəntiqi Zaur Ağakişiyev bildirib ki, qətlin tamah məqsədi ilə törədildiyi ehtimal olunur.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: