"Bakı" Yevlaxdan lider kimi dönür
15 Mart 2009 Bazar 17:30
Premyer Liqanın XVIII turunda səfərdə paytaxt klubu "Karvan"ı 1:0 hesabı ilə məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində bu gün keçirilməli olan 5 qarşılaşmadan 4-ü artıq başa çatıb. Günün ilk matçı “Qarabağ”la “Qəbələ” arasında olub. Suraxanı qəsəbə stadionunda keçirilən qarşılaşma heç-heçə başa çatıb 0:0. Yevlaxda “Karvan”ın qonağı olan “Bakı” 1:0 hesablı qələbə qazanıb. Fabio Luis Ramim matçın 77-ci dəqiqəsində cərimə zərbəsinbdən möhtəşəm qola imza atıb. Bu qələbədən sonra xalını 44-ə yüksəldən “Bakı” yenidən liderliyə yüksəlib.
“Standard”la “Bakılı”nın qarşılaşması isə “Standard”ın 2:0 hesablı qələbə qazanıb. “Standard”a qələbə qazandıran qolları matçın 57 və 90-cı dəqiqələrində Zeynal Zeynalov rəqib qapısından keçirib.
Digər qarşılaşma isə MOİK-lə “Muğan” arasında keçirilib. Bu matç isə Salyan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın 20-ci dəqiqəsində Givi Çxetiyani hesabı açıb 0:1, 23-cü dəqiqədə Sənan Qurbanov hesabı artırıb 0:2, 35-ci dəqiqədə Çxetiyanı özünün ikinci, komandasının isə üçüncü qolunu vurub 0:3. MOİK-in yeganə qoluna isə matçın 87-ci dəqiqəsində İsmayıl Məmmədov imza atıb 1:3.
XVIII turun son matçı isə “Neftçi”lə “Turan” arasında keçirilir. İlk yarıdan sonra “Turan” 1:0 hesabı ilə öndədir.
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar