“Bakı”ya 21 yaşlı menecer
10 Noyabr 2012 Şənbə 11:16
O, yenicə istefaya göndərilmiş Kamran İsmayılovu əvəzləyib
“Bakı” futbol klubuna yeni menecer təyin olunub. ANS PRESS-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, 21 yaşlı Vüqar Hüseynzadədir. O, yenicə istefaya göndərilmiş Kamran İsmayılovu əvəzləyib.

Qeyd edək ki, Vüqar Güloğlan oğlu Hüseynzadə 22 may 1991-ci il tarixində Bakıda anadan olub. Orta təhsilini İsveçin paytaxtı Stokholmda yerləşən Yensen Gimnazium Vastrada alıb. Sport Business Nordic (SBN) şirkətində skaut vəzifəsində çalışıb. 2010-2012-ci illərdə Amerika Birləşmiş Ştatlarının Boston Universitetində Biznes İdarəçiliyi ixtisasına yiyələnib. 2012-ci ilin fevralından isə “Bakı”da müşavir kimi fəaliyyət göstərib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar