Bakı Simurq ile qarşılaşacaq
24 Avqust 2013 Şənbə 05:22
Bakı klubu Simurq ile qarşılaşacaq. İkinci oyun gününde daha bir qarşılaşma keçirilecek.
Topaz Premyer Liqasında IV turun oyunları davam edir. ANSv PRESS-in Apasport.az-a istinadən verdiyi məlumata görə, ikinci oyun günündə daha bir qarşılaşma keçiriləcək.

Günün yeganə matçında “Bakı” səfərdə “Simurq”un qonağı olacaq. Ötən turda darmadağınla sevinən Milinko Pantiçin yetirmələri bu oyuna yüksək əhval-ruhiyyə ilə çıxacaq.

Ötən tur səfərdə son çempion “Neftçi”yə minimal hesabla məğlub olan Zaqatala təmsilçisi isə doğma azarkeşləri qarşısında xal qazanmağa çalışacaq.

Qeyd edək ki, 4-cü tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.

Topaz Premyer Liqası
4-cü tur

24 avqust


19:00. “Simurq” - “Bakı”

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Yaşar Abbasov, Ziya Nəsirov.

Bakı. “Şəfa” stadionu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar