Bakı Şeferlə razılığa gəldi
16 Yanvar 2011 Bazar 20:05
Bakı klubu Şeferlə razılığa gəldi. Qarşılıqlı anlaşmaya əsasən alman çalışdırıcının müqaviləsinə xitam verilib.
"Bakı"da gözlənilən baş məşqçi dəyişikliyi nəhayət ki, baş tutub. Belə ki, alman çalışdırıcı Vinfrid Şeferin müqaviləsinə xitam verilib. Klubla alman mütəxəssis arasında əldə olunan qarşılıqlı anlaşmaya əsasən, Şefer rəsmən baş məşqçi postunu tərk etmiş sayılır.

Alman çalışdırıcı 2010-cu ilin iyul ayından etibarən "Bakı"nın baş məşqçisi vəzifəsində çalışırdı. Onun klubla mövsümün sonuna qədər olan müqaviləsi ikitərəfli razılıq əsasında pozulub. "Bakı" futbol klubu Şeferə klubdakı fəaliyyəti ilə əlaqədar təşəkkürünü bildirib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Artıq "Bakı"nın yeni baş məşqçisi də müəyyənləşib. Klub rəhbərliyi 55 yaşlı latviyalı mütəxəssis Aleksandr Starkovu bu posta təyin edib. Starkovla 2,5 illik müqavilə imzalanıb.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar