Bakı Rusiya klubundan revanş aldı
29 Fevral 2012 Çərşənbə 10:50
Təmsilçimiz Challenge Cup-ın yarımfinalına vəsiqə qazanıb.
Qadın voleybolçulardan ibarət “Bakı” klubu Challenge Cup-ın yarımfinal mərhələsinə vəsiqəsini təmin edib. ANS PRESS-in məlumatına görə, təmsilçimiz ilk matçda Omsk şəhərində 2:3 hesabı ilə məğlub olduğu Rusiyanın “Omiçka” klubunu Bakıda qəbul edib. ¼ final mərhələsinin ikinci matçı “Bakı”nın 3:0 hesablı qələbəsi ilə bitib. “Bakı” cütün taleyini həll edən qızıl setdə də rəqibini 15:9 hesabı ilə məğlub edərək yarımfinala vəsiqəni təmin edib.

Qeyd edək ki, Challange Cup-da mübarizə aparan digər təmsilçimiz “Lokomotiv” bu gün görüşünə çıxacaq. Bakı təmsilçisi ilk oyunda Çexiyada 2:3 hesabı ilə uduzduğu “Kralova Pole” klubundan revanş almağa çalışacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar