“Bakı” Rumıniya klubunu məğlub etdi
01 Fevral 2011 Çərşənbə Axşamı 02:55
Oyunda yeganə qolu Adnan Bərəkət vurub
“Bakı” futbol klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Panduri” komandası ilə qarşılaşıb. Komandamız 1:0 hesabı ilə qalib gəlib. Oyunun 30-cu dəqiqəsində Aleksandar Şoliç sağ cinahdan künc zərbəsindən topu qapı qarşısına göndərib, Adnan Bərəkət qapıçıdan qayıdan topu dəqiq zərbə ilə sağ aşağı küncə vurur. 45-ci dəqiqədə isə əvvəlcə Saşa Kaykut, ardından isə Ruslan Leviqanın zərbəsindən sonra top rəqibin qapı dirəyindən qayıdır.

Fasilə zamanı baş məşqçi Aleksandr Starkov “Bakı” heyətində üç dəyişiklik edib. Xalidu Sissoko Marko Şarlyanı, Ernad Skuliç İbrahim Karqbonu, Mahmud Qurbanov isə Saşa Kaykutu əvəzləyib. “Bakı”nın hücumları ikinci hissədə də davam edib. 82-ci dəqiqədə Ruslan Leviqa hesabı artırmaq imkanı qazanıb. Lakin onun qüvvətli zərbəsindən sonra top müdafiəçiyə dəyib. Beləliklə, qarşılaşma komandamızın minimal hesablı qələbəsi ilə başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar