Bakı rəqibi Turan klubunu 6:1 hesabı ilə məğlub etdi
01 Fevral 2010 Bazar Ertəsi 16:55
Bakı rəqibi Turan klubunu 6:1 hesabı ilə məğlub etdi. Əvəzedicilərin çempionatında növbəti turun oyunları keçirilib.
Unibank Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında Azərbaycan çempionatı davam edir. Yarışda artıq XVIII turun növbəti iki oyunu keçirilib.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, “Bakı” “Turan”la, “Olimpik-Şüvəlan” isə “Qəbələ” ilə üz-üzə gəlib.

“Bakı” rəqibi üzərində 6:1, “Qəbələ” isə 3:0 hesabı ilə inamlı qələbə qazanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar