"Bakı" qələbəni əldən verdi
27 Aprel 2011 Çərşənbə 19:57
“İnter” rəqibindən 1 xal qoparmağı bacarıb
Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatının XXVII turundan təxirə salınmış oyunda lider "Bakı" "İnter" komandasını qəbul edib. ANS PRESS-in məlumatına görə, yarışın bombardiri Nurlan Novruzovun dublu (d.13; 54) sayəsində hesabda önə çıxan "Bakı" üstünlüyü sonadək qoruyub saxlaya bilməyib.

Murad İsgəndərlinin (d.61) və Nail Səfərovun (d.90+2) vurduğu qollar "İnter" komandasına 1 xal qazandırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar