"Bakı"nın son məşqi
22 Dekabr 2010 Çərşənbə 23:35
Klub Qəbələ səfərinə hazırdır
Futbol üzrə Unibank Premyer Liqasının 19-cu turunda “Qəbələ” ilə səfər oyununun hazırlıqları çərçivəsində “Bakı” klubunun bu ilin son təlim-məşq toplanışı olub. ANS PRESS-in məlumatına görə, zədəli olduqlarına görə, klubun qapıçısı Marko Şarliya, Hacı Əhmədov və Rəhman Hacıyev məşqdə iştirak etməyib.
Futbolçular bir saat ərzində fiziki çalışmalara cərimə zərbələrinə diqqət yetirib. Əsasən künc zərbələri, autdan birbaşa cərimə meydançasına ötürmələr üzərində çalışan futbolçular bununla da bu il üçün bazada sonuncu məşqini yekunlaşdırıb.
Xatırladaq ki, “Qəbələ” - “Bakı” qarşılaşması sabah keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: