“Bakı”nın sabiq futbolçusu intihara cəhd edib
22 Aprel 2011 Cümə 12:46
Georgi Demetradze karser cəzasına dözməyib
Gürcüstanın məşhur futbolçularından sayılan Georgi Demetradze həbsxanada intihara cəhd edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu həbsxanada yucadan güldüyü üçün 5 sutka karser cəzası alıb. Futbolçu karserdə özünə xəsarət yetirməyə cəhd edib.

Qeyd edək ki, Georgi Dedmetradze futbolçu karyerası ərzində ölkəmizin “Bakı” klubunda da çıxış edib. Demetradze karyerası ərzində Rusiya, İspaniya, Hollandiya, Ukrayna və İsrail çempionatlarında çıxış edib.

Xatırladaq ki, Georgi Demetradze qanunsuz totalizator fəaliyyəti ilə məşğul olduğu üçün və dələduzluq əməllərinə görə 6 il azadlıqdan məhrum edilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar