“Bakı”nın sabiq futbolçusu həbs edildi
08 İyul 2010 Cümə Axşamı 17:45
Demetradze qanunsuz pul qoyuluşlarında təqsirləndirilir.
Gürcüstanın güc strukturları gürcüstanlı futbolçu Georgi Demetradzeni saxlayıblar. Futbolçu qanunsuz totalizatorlara pul qoyuluşu və “qanuni oğru” ilə əlaqədə təqsirləndirilir. Tetradze ilə yanaşı David Qaqnidze və Kaxa Misirelli dünya çempionatının gedişində qeyri-qanuni pul qoyuluşları qəbul ediblər.
Tutulan şəxslər David Peikrişvili adlı şəxsdən 140 min dollar udublar. Ondan pulu almaq üçün Ukraynada yaşayan “qanuni oğru” Vato Kipianiyə müraciət ediblər. Kipiani də Gürcüstandakı bəzi şəxslərlə əlaqə quraraq Peikrişvilidən pulu alıb. Məhkəmədə günahı sübuta yetirilərsə, Demetradzeni 3 ildən 10 ilədək həbs cəzası gözləyir.
Xatırladaq ki, Georgi Demetradze karyerası ərzində “Feyenord” (Hollandiya), “Alaniya”, “Lokomotiv” (Rusiya), “Dinamo” (Kiyev), “Metallurq”, “Real-Sosyedad” (İspaniya), “Makkabi” Təl-Əviv (İsrail) klublarında forma geyinib. 2008-ci ildə “Bakı” ilə 2 illik müqavilə bağlayan gürcüstanlı forvard cəmi bir mövsüm sonra komandanı tərk edib. anspress
DOSTLARINLA PAYLAŞ: