"Bakı"nın rəqibi dəyişdi
02 Fevral 2011 Çərşənbə 23:25
Paytaxt təmsilçisi Almaniyanın "FSV Martinroda" klubu ilə üz-üzə gələcək
Antalyada təlim-məşq toplantısını yekunlaşdırmaqda olan "Bakı"nın yoldaşlıq oyunu keçirəcəyi son rəqib dəyişib. Əvvəlcədən komandanın son sınaq matçında Almaniyanın Oberliqa təmsilçisi "Ştutqart Kikkers"lə qarşılaşacağı açıqlansa da, paytaxt klubu bu şəhərin digər komandası - "FSV Martinroda"la üz-üzə gələcək. Oyun "Su səsi" otelinin meydanında keçiriləcək.
Qeyd edək ki, "Bakı" Antalyada 4 yoxlama oyunu keçirib. Qazaxıstanın "Akjayık" (3:0), "Şaxtyor" Karaqanda (1:1), Ukraynanın "Metallurq" Zaporojye (0:0) və Rumıniyanın "Panduri" (1:0) klubları ilə qarşılaşan "Bakı" 2 oyunda qalib gəlib, iki oyunu isə heç-heçə başa vurub.
DOSTLARINLA PAYLAŞ: