"Bakı"nın qarşısındakı növbəti maneə “Levski”dir
22 İyul 2009 Çərşənbə 10:35
Üçüncü təsnifat mərhələsinin ilk oyunu iyulun 28-i Bakıda keçiriləcək

 

Fütbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə Litvanın “Ekranas” klubunu 4-2 hesabı ilə məğlub edən “Bakı”nın növbəti mərhələdəki rəqibinin adı da rəsmiləşib. Bu, Andorranın “Sent Culia” komandasını iki oyunun nəticəsinə görə 9:0 hesabı ilə məğlub edən Bolqarıstanın “Levski” klubudur. Üçüncü təsnifat mərhələsinin “Bakı” - “Levski” cütünün ilk oyunu iyulun 28-i Bakıda, cavab qarşılaşması siə bir həftə sonra, 4 avqust tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək.

Gəray Qiyasov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar