“Bakı”nın futbolçusunu Qazaxıstanda bəyənmədilər
01 Fevral 2011 Çərşənbə Axşamı 13:20
İbrahim Karqbonun oyunu Ramiz Məmmədovu razı salmayıb
Qazaxıstanın “Atırau” klubunun yeni təyin olunmuş baş məşqçisi Ramiz Məmmədov klubun düşərgəsinə baxışa gəlmiş “Bakı”nın futbolçusunu bəyənməyib. ANS PRESS-in Qazaxıstanın “Sports.kz” saytına istinadən verdiyi məlumata görə, “Atırau”ya baxışa gələn İbrahim Karqbo bəyənilməyərək geri göndərilib.

Həmçinin Ramiz Məmmədov “Atırau”da baxışda olan bolqar İliev, makedoniyalı Çurlinov, qazax Daniyar Kenjexanov, Viktor Kovalyov, Stanislav Renskov kimi futbolçuların da oyunlarını bəyənməyərək onlarla müqavilə imzalanmasına razı olmayıb.

Xatırladaq ki, İbrahim Karqbo əslən seneqallı olsa da Belçika vətəndaşıdır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar