"Bakı" "Neftçi"ni məğlub edib
11 Mart 2011 Cümə 19:16
Əvəzedicilərin çempionatında final mərhələsinə start verilib
Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatında final mərhələsinə start verilib. Bu gün XXIII turun dörd oyunu olub. İlk olaraq “Bakı”nı qəbul edən “Neftçi” qonaqlara məğlub olub – 2:4. Qarşılaşmada “Neftçi”nin heyətindən Yasin Yaqubzadə, 29; Ruslan Qurbanov, 77 fərqləniblər. Qonaqların heyətindən isə Nurlan Novruzov, 37; Tural Qürbətov, 42; Orxan Əsədov, 49; Nicat Abdullayev, 52 ev sahibinin qapısına yol tapıblar.

Digər qarşılaşmaların nəticələri isə aşağıdakı kimi olub:

"İnter" - "Turan" 3:2
(Ramil Mansurov, 18; 69; Xəyal Quliyev, 41 / Emil Müsəllimli, 39; Orxan İsmayılov, 60)

"Simurq" - "Muğan" 0:1
(Nəriman Həsənov, 78)

"Xəzər Lənkəran" - "Gəncə" 0:0


DOSTLARINLA PAYLAŞ:

oyunlar