"Bakı" mövsümü məğlubiyyətlə başa vurdu
18 May 2011 Çərşənbə 23:01
Kaxaber Tsxadadzenin yetirmələri isə Avroliqa iddiasını davam etdirir
Futbol üzrə Unibank Premyer Liqasında son turun oyunlarına start verilib. 32-ci turun ilk matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Mərkəzi arenada ilk altılığın sonuncusu olan “Bakı” “İnter”i qəbul edib.

Paytaxtın eyniadlı klubu üçün formal xarakter daşıyan qarşılaşma “İnter” üçün əhəmiyyətli idi. Qələbə qazanacağı təqdirdə Kaxaber Tsxadadzenin yetirmələri Avroliqa iddiasını davam etdirəcəkdir. Qarşılıqlı hücumlar şəraitində keçmiş oyunun taleyini bir qoll həll edib. 26-cı dəqiqədə Rövşən Əmiraslanov “İnter”in qələbə qolunu vurub.

Beləliklə, AZAL “Qarabağ”la matçda xal itirərsə də, eks çempion Avroliqaya vəsiqəni təmin edəcək. Əks halda, “İnter” Azərbaycan kubokunun finalında “Xəzər Lənkəran”ı məğlub etməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar