Bakı məhəllələrində yenilik
13 İyul 2010 Çərşənbə Axşamı 12:15
AFFA səyyar meydançaların quraşdırılmasına başlayır.
Ölkəmizdə futbolun kütləviliyinin təmin olunması və məhəllə futbolunun inkişafı məqsədilə AFFA yeni – səyyar meydança layihəsinin tətbiqinə başlayır. AFFA-dan verilən məlumata görə, bu məqsədlə qurum tərəfindən paytaxtın müxtəlif məhəllələrində səyyar meydançalar quraşdırılacaq. Hər bir məhəllədə 1 həftə ərzində qalması nəzərdə tutulan bu tipli meydançalarda yaş həddindən asılı olmayaraq istənilən şəxs günün istənilən vaxtında futbol oynaya bilər. Bu layihə uşaqların yay tətilində asudə vaxtlarını səmərəli keçirmələri üçün “Futbol oynayaq, sağlamlığı qoruyaq” devizi altında ilikin olaraq Bakıda, sonra isə respublikanın digər bölgələrində keçiriləcək.

Səyyar meydançanın quraşdırılması üçün tələb olunan şərtlər:
1. Meydançanın quraşdırılması üçün minimum eni12 metr, uzunluğu 32 metr, maksimum eni 25 metr, uzunluğu 45 metr həyətin və ya sahənin təqdim olunması (sahə və ya həyət özəl olmamalıdır);
2. Meydança quraşdırılan sahədə məsul şəxsin müəyyən olunması;
3. Meydançanın qorunması üçün mühafizənin təşkili;
4. İcra nümayəndəsinin və bələdiyyənin məlumatlandırılması.

Əlaqə telefonu: (012) 490 80 92, (050) 232 44 00 (İş günləri saat 9:00-dan 18:00-a qədər)
Səyyar meydançada daha çox futbol oynayan məhəllədə AFFA tərəfindən daimi meydançanın quraşdırılması nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar