Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu çərçivəsində Azərbaycanın “Bakı” klubu Bolqarıstanın “Levski” klubunun qonağı olub. Oyunun ilk dəqiqələri meydan sahiblərinin açıq-aşkar üstünlüyü şəraitində keçib. Qarşılaşmada ilk yarı 0-0 hesabla bərabərə başa çatıb. İkinci yarının 19-cu dəqiqəsində qarşılaşmanın ilk qolu qeydə alınıb. Rəqib komandanın oyunçusu Xristo Yovovun 64-cü dəqiqədə vurduğu dəqiq zərbə qol ilə nəticələndi. 1-0. Qarşılaşmanın növbəti qolu da ev sahiblərindən gəldi. Rəqib komandadan Georgi Xristovun 80-ci dəqiqədə vurduğu zərbə “Bakı”nın qapısına yol tapdı. 2-0. oyun elə bu hesabla da başa çatdı. “Bakı” – “Levski” 0-2. /ANS PRESS/