Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin oyunlarına start verilib. Azərbaycan çempionu "Bakı" Tofiq Bəhramov adına Respublika Stadionunda Bolqarıstanın "Levski" klubunu qəbul edib.
Birinci hissədə ilk hücum "Levski"dən gəldi. Lakin komandamız təklükənin qarşısını aldı. Oyunun 21-ci dəqiqəsində Mahmudun ötürməsindən sonra Peresin zərbəsi nəticəsiz qaldı. İlk yarıda komandalar qarşılıqlı əks-hücumlarla yadda qalsa da, qapılar qarşısında demək olar ki, real qol vəziyyəti yaranmadı.
Matçın ikinci hissəsinin ilk dəqiqələrində komandamız ən fəal hücumçusunu - Feliksi itirdi. Belə ki, o ağır zədə alaraq huşunu itirdi və meydanı xərəkdə tərk etdi. Oyunun 68-ci dəqiqəsində Boretsin uzaqdan zərbəsi qapıdan aralı keçdi.
72-ci dəqiqədə Batistanın zərbəsini rəqib qapıçı Petkov çətinliklə dəf etdi. Oyunun ən həyəcanlı anı 85 -ci dəqiqədə yaşandı. belə ki, Batista yüzfaizlik qol imkanından yararlana bilmədi. Qapı qarşısında tək qalan braziliyalı topu düz rəqib qapıçının üzərinə vurdu.
Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə daha bir qol vəziyyəti yaradnı. Lakin Adamiyanın uzaqdan zərbəsini Petkov qaytardı. Batista topa çatsa da, yerə yıxılan rəqib qapıçını keçə bilmədi. Matç elə 0:0 hesabı ilə bitdi.
Samin Abdullayev /ANS PRESS/