AFFA Nizam-İntizam Komitəsi "Bakı" klubuna böyük məbləğdə pul cəzası verib. PFL-nin xəbərinə görə, futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsində keçirilmiş “Bakı” – “Xəzər-Lənkəran” matçında, “Bakı”klubunun legioner futbolçusu Uilyam Roşa Batista hakimə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə alaraq meydandan çıxarıldığı üçün 6 oyunluq kənarlaşdırılıb, “Bakı” klubu isə 5000 manat cərimə olunub. Bu matçda “Bakı” klubunun 5 futbolçusu, “Xəzər-Lənkəran” klubunun isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.
Həmçinin matçın 90+4-cü dəqiqəsində “Xəzər-Lənkəran” klubunun futbolçusu Emin Quliyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün futbolçu 1 oyunluq kənarlaşdırılıb, klub isə 200 manat cərimə olunub. /ANS PRESS/