Futbol üzrə Azərbaycan Premyer Liqasının 2008/09 mövsümünün çempionu "Bakı" klubu iyunun 10-dan etibarən məşqlərini bərpa edib. Klubun rəsmi saytının xəbərinə görə, Çempionlar Liqasında hazırlaşan "Bakı"nın düşərgəsində 3 yeni futbolçu var.
Bu futbolçulardan ikisi qonşu Gürcüstandan gəlib. Daha bir oyunçu isə braziliyalıdır. Legioner futbolçular komandanın bu gün "Ədliyyə" stadionunda keçiriləcək məşqində iştirak edəcəklər. /ANS PRESS/