Bakı klubunun çempionluq ümidləri rəsmən bitdi
10 Aprel 2011 Bazar 20:39
AZAL Şüvəlandakı yeni stadionda paytaxt təmsilçisi Bakı klubunu məğlubiyyətə uğradıb.
Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub. Əvvəl ikinci, sonra ilk “altılıq” komandaları meydana çıxıb. Uzun fasilədən sonra doğma publika önünə çıxan “Gəncə”nin baş məşqçisi Mehman Allahverdiyev bu dəfə də qələbəyə həsrət qalıb. Onun yetirmələri “Muğan”la görüşdə yalnız penalti sayəsində məğlubiyyətdən qaçıb.

Bir gün əvvəl məhz penalti ilə 1 xal qazanan “Neftçi”nin büdrəməsindən isə yararlanan olmayıb. Belə ki, liderin ən yaxın izləyiciləri “Qarabağ”la “Xəzər Lənkəran” kimin güclü olduğunu müəyyənləşdirə bilməyib – 0:0.

Turun ikinci paytaxt derbisi isə Şüvəlandakı yeni AZAL stadionunda keçirilib. “Bakı”nı qəbul edən “təyyarəçilər” eyniadlı stadionun açılışını qələbə ilə qeyd edib. Bununla da AZAL günün yeganə komandası du ki, 3 xal qazanıb. “Təyyarəçilər” həm də ilk “altılıq” komandaları arasında turun qələbə qazanan tək komandası olub.

10 aprel
“Gəncə” – “Muğan” - 1:1
QOLLAR: Sabir Allahquliyev, 67-p. - Taqim Novruzov, 51
Gəncə. Şəhər stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:1, 3:0

“Qarabağ” – “Xəzər Lənkəran” - 0:0
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
Təsnifat mərhələsindəki oyunlar – 0:1, 2:1

AZAL – “Bakı” - 1:0
QOL: : Gennadi Bliznyuk, 45+1
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu
Təsnifat mərhələsindəki oyunlar – 3:2, 0:0

1 Neftçi 26 16 8 2 45-11 56
2 Xəzər L 26 14 8 4 29-14 50
3 Qarabağ 26 15 4 7 33-16 49
4 AZAL 26 12 9 5 30-17 45
5 İnter 26 12 6 8 26-21 42
6 Bakı 26 9 8 9 29-24 35


7 Qəbələ 26 10 9 7 25-17 39
8 Muğan 26 8 8 10 19-27 32
9 Gəncə 26 5 11 10 25-31 26
10 Turan 26 6 6 14 20-37 24
11 Simurq 26 3 6 17 15-40 15
12 MOİK 26 2 5 19 9-50 11

Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar