Bakı klubundan futbolumuza daha bir yenilik
10 Sentyabr 2011 Şənbə 20:00
Bakı klubunun yeni təlim-məşq bazasının tərkibində Futbol Akademiyası ilə yanaşı, orta ümumtəhsil məktəbi də fəaliyyət göstərəcək.
“Bakı” futbol klubunun yeni təlim-məşq bazasının tərkibində Futbol Akademiyası ilə yanaşı, orta ümumtəhsil məktəbi də fəaliyyət göstərəcək. Bunu jurnalistlərə klubun icraçı direktoru Yaşar Seyidov bildirib.

İcraçı direktorun sözlərinə görə, Bakı Futbol Akademiyasında futbolun sirlərinə yiyələnən uşaqlar bu məktəbdə təhsil alacaqlar. Bu məktəbi bitirənlərə attestat da veriləcək. Məktəbin bütün xərclərini “Bakı” klubu ödəyəcək.

Dünyada futbol akademiyasının tərkibində orta ümumtəhsil məktəbi fəaliyyət göstərən klubların sayı elə də çox deyil. Bunlardan “Barselona”, “Bavariya” və “Ayaks”ı misal gətirmək olar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar