Bakı klubunda “təmizləmə əməliyyatı” başladı
21 May 2011 Şənbə 12:57
Paytaxt klubu Bakı 7 futbolçu ilə yollarını ayırıb.
Unibank Premyer Liqasını altıncı pillədə bitirən paytaxtın "Bakı" klubu yeddi futbolçu ilə yollarını ayırıb. ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, bunlar Rafael Əmirbəyov, Mahmud Qurbanov, Stefan Borbikoni, Ruslan Leviqa, Adnan Barakat, Junior Osvaldo və Vyaçeslav Sofronidir. Futbolçuların heyətdən uzaqlaşdırılmasına səbəb kimi komandanın futbolçuların xidmətində maraqlı olmadığı göstərilib.
Xatırladaq ki, “Bakı” klubu çempionata böyük ümidlərlə start versə də sonda uğursuzluqla üzləşib. Klub turnir cədvəlində 6-cı yeri tutmalqla çempion “Neftçi” klubundan 27 xal geri qalıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: