Bolqarıstan tərəfi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində paytaxtın "Levski" klubunun qonağı olacaq Azərbaycanın "Bakı" klubunu çarter reysi ilə qəbul etməkdən imtina edib. ANS PRESS-in “Fanat.az”a istinadən verdiyi xəbərə görə, bu barədə mafioz qüvvələrlə bağlılığı olduğu söylənilən "Levski"nin prezidenti Todor Batkov bildirib.
Bolqarıstan tərəfi "Bakı"ı üçün yaratdıqları problemə görə səbəb gətirməkdən boyun qaçırıb.
Artıq Azərbaycanın Bolqarıstandakı səfiri də məsələyə müdaxilə edib. Eyni zamanda AFFA rəsmiləri olaydan məlumatlıdır və məsələnin həlli üçün bütün imkanlarını səfərbər edib. AZAL Dövlət Konserini isə məsələ ilə bağlı məsuliyyəti üzərindən atıb.
Əldə etdiyimiz məlumata görə yaxın saatlarda məsələ həllini tapmayacağı təqdirdə "Bakı" rəhbərliyi UEFA-ya müraciət edəcək.
Xatırladaq ki, Bolqarıstanın "Levski" klubu "Bakı" ilə oyundan sonra aeroportda müəyyən problemlərlə üzləşmişdi. Həmin vaxt "Levski"nin prezidenti Batkov eyni problemləri "Bakı" üçün də yaradacaqlarını vəd etmişdi. /ANS PRESS/