Bakı klubu növbəti sınağında
28 İyul 2009 Çərşənbə Axşamı 09:15
Paytaxt təmsilçisi Bakı klubu bu gün Çempionlar liqasının III mərhələsində "Levski" ilə qarşılaşacaq

 

“Bakı” klubu bu gün növbəti sınaq qarşısına çıxacaq. Çempionlar liqasının üçüncü mərhələsində paytaxt təmsilçisi Bolqarıstanın "Levski" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20.00-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək. “Bakı”nın əsas heyətində yer alan 2 oyunçu-qapıçı Xalidu Sissoko və yarımmüdafiəçi Bəxtiyar Sultanov cəzalı olmaları səbəbindən “Levski” ilə oyunda meydana çıxa bilməyəcəklər.

Matçı Norveçdən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi 30 yaşlı Sven Oddvar Moen, onun köməkçiləri isə Daq-Roder Nebben, Sven İnqe Viken və Kristofer Helqerud olacaq.

Xatırladaq ki, “Levski” komandası iyulun 27-də çarter reysi ilə Bakıya gəlib və oyunun keçriləcəyi arenada son məşqini edib.

/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar