Bakı klubu Moskvaya yollanır
13 Yanvar 2010 Çərşənbə 13:30
Bakı klubu Moskvaya yollanır. Futbolçularımız sabah “Birlik Kuboku”na qatılmaq üçün qonşu ölkəyə gedəcəklər.
Futbol üzrə son ölkə çempionu “Bakı” futbol klubu Birlik Kubokuna hazırlıqlarını Türkiyədə davam etdirir.
Peşəkar Futbol Liqasından verilən məlumata görə, Bülənt Qorxmazın yetirmələri bu gün yoxlama matçına çıxacaqlar. Rəqib Türkiyə ikinci liqasının təmsilçisi "Şanlıurfaspor" klubu olacaq.
“Bakı” “Birlik Kuboku”na qatılmaq üçün sabah Antalyadan birbaşa Moskva şəhərinə yola düşəcək.

Xatırladaq ki, Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində "Bakı" ilk yoxlama oyununda “Karşıyaka” ilə qarşılaşmışdı. Görüş 1:1 hesabı ilə nəticələnmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar