Bakı klubu braziliyalı futbolçu ilə anlaşdı
18 İyun 2010 Cümə 15:15
Bakı klubu braziliyalı futbolçu ilə anlaşdı. Junior Osvaldo klubunu dəyişdi.
UEFA Avropa Liqasında ölkəmizi təmsil edəcək paytaxtın "Bakı" klubu daha bir futbolçunu heyətinə cəlb edib.

Klubdan verilən məlumata görə, ötən mövsüm "Xəzər Lənkəran" klubunun şərəfini qorumuş braziliyalı Junior Osvaldo bundan sonra "Bakı" klubunun şərəfini qoruyacaq.

Xatırladaq ki, “Bakı” və Avropa miqyaslı turnirlərdə iştirak edəcək digər klublarımızın rəqiblərini müəyyənləşdirəcək püşakatma mərasimi iyunun 21-da İsveçrənin Nyon şəhərində keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar