Bu mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Bakı" klubu bir çox oyunçularla maraqlanır. Klubun rəsmi saytına açıqlama verən, baş menecer Zeynal Məmmədov, komandaya cəlb olunacaq futbolçuların baxışa dəvət olunacağını bildirib: "Konkret olaraq ad çəkmək düzgün olmazdı, bir cox oyunçularla maraqlanır, onlar barədə ətraflı məlumatlar toplayırıq. Yalnız onu deyə bilərəm ki, onların böyük əksəriyyəti milli komandalarının formasını geyən futbolçulardır. Seçim üçün kifayət qədər vaxtımız var, heyətimizdə görmək istədiyimiz oyunçuları baxışa dəvət edəcəyik. Son söz baş məşqçiyə məxsusdur, qərarı da o verəcək. Klub isə onun bəyəndiyi futbolçuların transferini reallaşdırmağa çalışacaq. Tələsməyə ehtiyac yoxdur, heyətimizə cəlb etdiyimiz yeni futbolçular barədə ətraflı məlumat veriləcək". /ANS PRESS/