Bakı klubu Bakıya əliboş dönür
19 Yanvar 2010 Çərşənbə Axşamı 15:50
Çempionumuz Bakı klubu “Aktobe”yə uduzaraq “Birlik Kuboku” ilə vidalaşdı.
Rusiyanın Moskva şəhərində “Birlik Kuboku” turniri davam edir. Yarışda ölkəmizi təmsil edən “Bakı” bu gün 1/4 final mərhələsinə vəsiqəni təmin etmək üçün Qazaxıstanın “Aktobe” klubu ilə görüşüb.

Qarşılaşmanı zəif keçirən “Bakı” Qazaxıstan çempionuna 0:2 hesabı ilə uduzub. “Bakı”nın yer aldığı qrupda keçirilən digər matçda Finlandiyanın “HİK” klubu Tacikistanın “Vahş” klubu ilə 1:1 oynayıb.

Bu nəticələrdən sonra növbəti mərhələyə “HİK” və “Aktobe” klubları vəsiqə qazanıblar.

“Bakı” isə “evə” dönür. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar