Bakı klubu 3 futbolçunu heyətinə cəlb edib
01 Fevral 2012 Çərşənbə 22:05
Bakı klubu qış transfer dövründə 3 futbolçunun keçidini rəsmiləşdirib.
"Bakı" futbol klubu qış transfer dövründə 3 futbolçunun keçidini rəsmiləşdirib. Klubun rəsmi saytında yer alan məlumata görə, müdafiəçilər Duje Bakoviç və Nenad Kovaçeviç, həmçinin yarımmüdafiəçi Lukas Mario Horvatla rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, 31 yaşlı Nenad Kovaçeviç son mövsümü "Srvena Zvezda" klubunun heyətində keçirib. Təcrübəli futolçu 25 dəfə Serbiya mili komandasının formasını geyinib. Lukas Mario Horvat Sloveniyanın "Domjale" klubundan gəlib. Duye Bakoviçin isə son klubu Xorvatiya "Riyeka"sı olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar