Bakı futbol klubu qarlı havada məşq edir
27 Yanvar 2010 Çərşənbə 09:35
“Bakı” futbol klubu hazırlığa ara vermir
“Bakı” futbol klubu Unibank Premyer Liqasının II dövrəsinin hazırlıqlarını davam etdirir.
Klubun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Türkiyədən təlim-məşq toplanışından qayıdan kollektiv qarlı hava şəraitinə baxmayaraq, hazırlığını Biləcəri qəsəbəsindəki təlim-tədris mərkəzində keçirir.

Heyətdə olan zədəli futbolçulardan Aleksey Savinov və Rəfael Əmirbəyov fərdi proqramla çalışırlar. Digər zədəli futbolçu - Əhməd Ticani isə yaşıl meydanlara 2 aydan sonra dönə biləcək.

Xatırladaq ki, nigeriyalı futbolçu Türkiyədə təlim-məşq toplanışı zamanı çiynindən zədə alaraq əməliyyat olunmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar