Bakı Fires altıncı qələbəsini qazandı
16 Yanvar 2011 Bazar 03:00
Beş çəki dərəcəsində yalnız bir boksçumuz uduzub
Azərbaycanın “Baku Fires” boks komandası Ümumdünya boks seriyası (WSB) çərçivəsində növbəti qarşılaşmasını keçirilib. Pekində boksçularımızın rəqibi “Beijing Dragons” komandası olub.

Qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

54 kq. Xe Jivey (“Beijing Dragons”) - Nayambar Tusoqot (“Baku Fires”) 1:0
61 kq. Vanq Jimin - Koba Pxakadze 1:1
73 kq. Ciao Ksüji - Soltan Miqitinov 1:2
85 kq. Assane Faye - Rizvan Əlimuradov 1:3
91 kq.-dan yuxarı. Avusone Yekeni - Beka Lobjanidze - 2:3

“Baku Fires” Asiya Konfederasiyasında 18 xalla liderlik edir. Qazaxıstanın “Astra Arlans” komandasının 13 xalı var və ikinci yerdədir. Koreyanın “İnçon Red Uings” və “Beijing Dragons” komandalarının hər birinin 4 xalı var.

Boksçularımız yanvarın 29-da növbəti dəfə “Beijing Dragons” komandası ilə qarşılaşacaqlar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar