Bakı ən nüfuzlu yarışa ev sahibliyi edəcək
03 May 2010 Bazar Ertəsi 12:55
Şəhərimizdə Dünya Şahmat Tacına namizədlərin partiyası oynanılacaq.
Növbəti ildə Bakıda Dünya Şahmat Tacına namizədlərin yarışı baş tutacaq. Azərbaycan Şahmat Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, ölkəmiz bunun üçün müvafiq sənədləri FİDE-yə təqdim edib. Beynəlxalq Şahmat Federasiyası da öz növbəsində Dünya Şahmat Tacına namizədlərin yarışının gələn il Bakıda keçirilməsinə qərar verib.
Xatırladaq ki, Dünya şahmat tacına namizəd olan Vişvanatan Anand və Veselin Topalovun görüşü bu il Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilir. Hazırda davam edən qarşılaşmalarda Anand hələ ki, rəqibini 3:2 hesabı ilə məğlub edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: