Bakı Dünya Çempionatını qəbul etməyə hazırdır
05 Avqust 2011 Cümə 09:58
Şəhərimizə dünyanın ən güclü əlcək ustaları təşrif buyuracaqlar
Bakı daha bir mötəbər yarışa ev sahibliyi etmək ərəfəsindədir. Böyüklər arasında boks üzrə Dünya çempionatı sentyabrın 26-dan etibarən start götürəcək. Azərbaycan Boks Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, yarışın təntənəli açılış mərasimi isə bir gün əvvəl saat 18:00-da Sərhədçi İdman-Olimpiya mərkəzində keçiriləcək. Döyüşlər isə hər gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq.
Məlumat üçün bildirək ki, boks üzrə böyüklər arasında dünya çempionatı ilk dəfə 35 il əvvəl – avqustun 17-dən 30-a kimi Kubanın paytaxtı Havanada keçirilib. Bakıda baş tutacaq yarış isə 10 çəki dərəcəsi üzrə keçiriləcək. Dünya çempionatında 17 yaşdan 34 yaşa kimi idmançılar iştirak edə bilərlər.
Əvəllər dünya çempionatları hər 4 ildən bir keçirilirdi. 1989-cu ildən yarış 2 ildən bir təşkil olunmağa başlayıb. İndiyədək dünya çempionatı postsovet məkanında yalnız Moskvada – 1989-cu ildə təşkil olunub. Bakı bu mötəbər yarışı qəbul edəcək 2-ci keçmiş SSRİ paytaxtı olacaq. 49, 52, 56, 60, 64, 69, 75, və 81 kq çəki dərəcələrində ilk 8 yeri tutan boksçular London Olimpiadasına vəsiqə qazanacaqlar. 91 və 91+kq çəki dərəcələrində isə ilk “altılığ”a düşənlər Olimpiadada iştirak edə biləcəklər.
Dünya çempionatlarında qələbələrinə görə, rekordsmen kubalı Feliks Savondur. O, 6 dəfə qızıl medala layıq görülüb. Azərbaycan boksunda hələki bir dünya çempionu var. 2003-cü ildə Taylandda keçirilmiş mundialda Ağası Məmmədov qızıl medala layiq görülmüşdü.
Qeyd edək ki, dünya çempionatı ərəfəsində - sentyabrın 24-də paytaxtımızda AİBA-nın (Beynəlxalq Həvəskar Boks Assosiasiyası) növbədənkənar konqresi də keçiriləcək. Tədbir yeni istifadəyə verilmiş “Kempinski Badamdar” otelində baş tutacaq. Artıq dünya çempionatının rəsmi loqosu hazırlanıb və AİBA-nın internet səhifəsində yerləşdirilib.
Yarışın təqvimi ilə sizi tanış edirik:
22 sentyabr
Komandaların gəlmə günü
23 sentyabr
Komandaların gəlmə günü
24 sentyabr
Komandaların gəlmə günü
09:00 – 17:00 – Məşqçilər üçün konqres
21:00 – 22:00 – Texniki iclas
25 sentyabr
07:00 – 10:00 – Ümumi çəki prossesi
09:30 – 10:00 – Hakimlərin tibbi yoxlanışı
14:00 – 16:00 – Püşkatma mərasimi
18:00 – 19:00 – Açılış mərasimi
20:00 - Qonaqlar üçün banket
26 sentyabr
07:00 – 08:00 – Çəki prossesi
11:00 – 14:00 – İlkin mərhələnin döyüşləri – I gün
15:00 – 18:00 – İlkin mərhələnin döyüşləri - I gün
19:00 – 22:00 – İlkin mərhələnin döyüşləri - I gün
27 sentyabr
07:00 – 08:00 – Çəki prossesi
11:00 – 14:00 – İlkin mərhələnin döyüşləri – II gün
15:00 – 18:00 – İlkin mərhələnin döyüşləri – II gün
19:00 – 22:00 - İlkin mərhələnin döyüşləri – II gün
28 sentyabr
07:00 – 08:00 – Çəki prossesi
11:00 – 14:00 – İlkin mərhələnin döyüşləri – III gün
15:00 – 18:00 – İlkin mərhələnin döyüşləri – III gün
19:00 – 22:00 – İlkin mərhələnin döyüşləri – III gün
29 sentyabr
07:00 – 08:00 – Çəki prossesi
11:00 – 14:00 – İlkin mərhələnin döyüşləri – IV gün
15:00 – 18:00 – İlkin mərhələnin döyüşləri – IV gün
19:00 – 22:00 – İlkin mərhələnin döyüşləri – IV gün
30 sentyabr
07:00 – 08:00 – Çəki prossesi
11:00 – 14:00 – İlkin mərhələnin döyüşləri – V gün
15:00 – 18:00 – İlkin mərhələnin döyüşləri – V gün
19:00 – 22:00 – İlkin mərhələnin döyüşləri – V gün
1 oktyabr
07:00 – 08:00 – Çəki prossesi
11:00 – 14:00 – Ilkin mərhələnin döyüşləri – VI gün
15:00 – 18:00 – İlkin mərhələnin döyüşləri – VI gün
19:00 – 22:00 – İlkin mərhələnin döyüşləri – VI gün
2 oktyabr
07:00 – 08:00 – Çəki prossesi
11:00 – 14:00 – İlkin mərhələnin döyüşləri – VII gün
15:00 – 18:00 – İlkin mərhələnin döyüşləri – VII gün
19:00 – 22:00 – İlkin mərhələnin döyüşləri – VII gün
3 oktyabr
07:00 – 08:00 – Çəki prossesi
11:00 – 14:00 – İlkin mərhələnin döyüşləri – VIII gün
15:00 – 18:00 – İlkin mərhələnin döyüşləri – VIII gün
19:00 – 22:00 – İlkin mərhələnin döyüşləri – VIII gün
4 oktyabr
07:00 – 08:00 – Çəki prossesi
11:00 – 14:00 – 18 final mərhələsinin döyüşləri – IX gün
15:00 – 18:00 – 1/8 final mərhələsinin döyüşləri – IX gün
19:00 – 22:00 – 18 final mərhələsinin döyüşləri – IX gün
5 oktyabr
07:00 – 08:00 – Çəki prossesi
15:00 – 18:00 – 14 final mərhələsinin döyüşləri – X gün
19:00 – 22:00 – 14 final mərhələsinin döyüşləri – X gün
6 oktyabr
İstirahət günü
7 oktyabr
07:00 – 08:00 – Çəki prossesi
15:00 – 18:00 – Yarımfinal döyüşləri – XI gün
19:00 – 22:00 – Yarımfinal döyüşləri – XI gün
8 oktyabr
07:00 – 08:00 – Çəki prossesi
14:00 – 18:00 – Final döyüşləri – XII gün
20:00 – 22:00 – Bağlanış ziyafəti.
DOSTLARINLA PAYLAŞ: