Bakı Dünya Çempionatına ev sahibliyi edəcək
13 İyul 2010 Çərşənbə Axşamı 19:30
Dünyanın ən tanınmış boksçuları Azərbaycan paytaxtında bir araya gələcək.
Azərbaycan 2011-ci ildə keçiriləcək boks üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu barədə Azərbaycan Boks Federasiyasından məlumat verilib. Bu nüfuzlu idman yarışının 2011-ci ilin sentyabrında keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, bu çempionat 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar