Bakı dueli flaqmanın qələbəsi ilə bitdi
14 Aprel 2012 Şənbə 20:12
"Qəbələ" isə "Qarabağ"ı minimal hesabla məğlub edib.
Bu gün futbol üzrə Unibank Premyer Liqasının XXVIII turunun ilk gününün oyunları keçirilib. ANS PRESS-in Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, turun digər oyunlarında AZAL - "Rəvan" qarşılaşması minimal hesablı heç-heçə ilə yekunlaşıb: 1:1.

Meydan sahiblərinin yeganə qolunu Zohair Benouahi vurub. Qarşı tərəfdən isə Ekrem Hodziç fərqlənib.

"Qəbələ" - "Qarabağ" oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yannik Kamanan 70-ci dəqiqədə vurduğu qolla ağdamlıları xaldan məhrum edib.

Flaqman "Neftçi" - "İnter" qarşılaşmasında isə 2:1 hesabı ilə bitib. Flaqmanın ilk qolunu 5-ci dəqiqədə Bohodir Masimov vurub. 11-ci dəqiqədə isə Slavço Gergiyevski top fərgini ikiyə çatdırıb. Yalnız oyunun birinci hissəsinin 44-cü dəqiqəsində “İnter” Ruslan Abışovun qolu ilə oyunda qol fərqini azalda bilib. İkinci hissədə hesab dəyişməz qalıb: 2:1.

Qeyd edək ki, turun sabah keçiriləcək digər oyunlarında "Turan" "Simurq"u, "Sumqayıt" isə "Kəpəz"i qəbul edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar