“Bakı” daha bir ağır zərbə aldı
18 Fevral 2011 Cümə 11:38
Paytaxt klubunda zədəli futbolçuların siyahısı genişlənməkdədir
“Bakı” futbol klubunun zədəli futbolçular siyahısına daha bir oyunçu əlavə edilib. ANS PRESS-in “Bakı” futbol klubuna istinadən verdiyi məlumata görə, komandanın hollandiyalı yarımmüdafiəçisi Adnan Bərəkət zədələnib.
Futbolçu məşq prosesində əzələsini dartıb.
“Bakı”nın holland legionerinin 1 həftə ərzində müalicə olunacağı bildirilir. Adnan Bərəkətin Unibank Premyer Liqasının 21-ci turu çərçivəsində baş tutacaq "Turan"-"Bakı" qarşılaşmasında forma geyə bilməyəcəyi proqnozlaşdırılır.
Xatırladaqki, “Bakı” klubunun zədəli futbolçular siyahısında Ernad Skuliç, Stefan Barbikoni, Rafael Əmirbəyov və Aleksandr Soliç var.
DOSTLARINLA PAYLAŞ: