"Bakı" böyük hesabla məğlub olub
11 May 2010 Çərşənbə Axşamı 23:45
"Bakı" böyük hesabla məğlub olub. Azərbaycan çempionatında təxirə salınmış bir oyun keçirilib.
Unibank Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında Azərbaycan çempionatında XXVIII turdan təxirə salınmış bir oyun keçirilib. "Bakı" öz meydanında qəbul etdiyi "İnter"ə 1:4 hesabı ilə məğlub olub.

Oyunda "Bakı"dan Rəhman Hacıyev (29-cu dəqiqə), "İnter"dən Əli Bağırov (5), Xəyal Quliyev (39), Samir Hüseynli (86) və Elnur Abdulov (90+3) fərqləniblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar