"Bakı" "Birlik Kuboku"na ciddi yanaşmır
25 Dekabr 2009 Cümə 22:00
"Bakı" Klubu Moskva turniri öncəsi heç bir yoldaşlıq görüşü keçirməyəcək
Məlum olduğu kimi, futbol üzrə hazırkı Azərbaycan çempionu “Bakı” Moskvada keçiriləcək “Birlik Kuboku”na hazırlaşmaq üçün Türkiyənin Antalya şəhərinə yollanıb. Klubun baş menecerinin verdiyi məlumata görə, klub orada heç bir yoldaşlıq oyunu keçirməyəcək.

“Düşünürəm ki, Birlik Kuboku öncəsi yoldaşlıq oyunları keçirməyə heç bir lüzum yoxdur. Onsuz da, kollektivi Moskvada ciddi sınaq gözləyir, hazırlıq üçün vaxt azdır. Bu səbəbdən komanda əsas diqqəti fiziki hazırlığa yönəldəcək. Bu onların ard-arda bir sıra ciddi qarşılaşmalara davam gətirmələri üçün lazımdır. Bildiyiniz kimi biz qarşımıza Kuboku qazanmaq məqsədi qoymuşuq. Bu da o deməkdir ki, klubu 5-6 oyun gözləyir. Bu, yeni futbolçuların nəzərdən keçirilməsi üçün kifayət edəcək”, - deyə baş menecer bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar