Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində avqustun 20-si Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Bakı”-“Bazel” qarşılaşmasını idarə edəcək hakimlərin adı müəyyən edilib.
AFFA-dan ANS PRESS-ə verilən məlumata görə, oyunun baş hakimi Jolt Sabo, yan xətt hakimləri Robert Kispal, Jolt Varqa, dördüncü hakim isə Yozef Berger olacaq.
Hakimlər briqadası Macarıstanı təmsil edir. Matçın hakim-inspektoru avstriyalı Frants Vörer, UEFA nümayəndəsi isə Ruminiyadan olan Dimitri Mihaleke olacaq. /ANS PRESS/