Bakı Azərbaycan futbolu tarixinə düşdü
29 May 2010 Şənbə 23:10
Paytaxt klubunun Avroliqanın ikinci mərhələsində rəqibi reytinq balına görə aşağı səviyyəli olacaq.
Cari mövsümdə Unibank Premyer Liqasının gümüş medalını və Azərbaycan kubokunu qazanan “Bakı” Futbol Klubu ölkə futbolunun tarixinə düşüb. Bu günə qədər avrokubokların püşkatması öncəsi heç bir Azərbaycan klubu ikinci mərhələdə səpələnmişlərin (reytinq balı yüksək olanların) arasında yer almayıb. “Bakı” isə ilk dəfə olaraq bu hüquqa yiyələnən Azərbaycan klubu kimi yaddaşlara həkk olundu. Bu isə o deməkdir ki, Avroliqanın ikinci mərhələsində komandamızın rəqibi reytinq balına görə bizdən aşağı olacaq. Nəticədə paytaxt klubu məşhur “Olimpiakos”, “Beşiktaş”, Buxarest “Dinamo”su, “Austriya”, “Brondbü”, “Levski”, “Rapid”, “Utrext”, “Makkabi” kimi nəhəng klublarla bir sırada yer alıb.
Səpələnmişlər
“Olimpiakos” (Yunanıstan) - 54,979
“Beşiktaş” (Türkiyə) - 33,890
“Dinamo” (Buxarest, Rumıniya) - 28,898
“Levski” (Bolqarıstan) - 25,400
“Austriya” (Vyana, Avstriya) - 16,915
“Brondbü” (Danimarka) - 12,970
“Rapid” (Avstriya) - 11,915
APOEL (Kipr) - 11,599
“Visla” (Polşa) - 8,508
“Karpatı” (Ukrayna) - 7,910
“Maritimo” (Portuqaliya) - 7,659
“Banik” (Çexiya) - 7,395
“Elfsborq” (İsveç) - 7,338
“Utrext” (Hollandiya) - 7,309
“Motervell” (Şotlandiya) - 6,158
“Lozanna” (İsveçrə) - 5,675
“Serkl Brügge” (Belçika) - 5,580
“Stabek” (Norveç) - 4,980
“Ventspils” (Latviya) - 4,649
“Molde” (Norveç) - 4,480
“Makkabi” (Təl-Əviv, israil) - 3,775
“Dukla” (Slovakiya) - 3,166
“Honka” (Finlandiya) - 2,899
“Maribor” (Sloveniya) - 2,891
“Spartak” (Serbiya) - 2,800
OFK (Serbiya) - 2,800
“BAKI” (AZƏRBAYCAN) - 2,599
Səpələnməmişlər
“Suduva” (Latviya) - 2,183
“Sportinq” (İrlandiya) - 1,908
“Şemrok Rovers” (İrlandiya) - 1,908
“Vaduts” (Lixtenşteyn) - 1,900
“Nova Qoritsa” (Sloveniya) - 1,891
“Şaulyay” (Litva) - 1,683
“Yelqava” (latviya) - 1,649
“Sent Culiya” (Andorra) - 1,200
“Breydavik” (İslandiya) - 1,083
“Banqor Siti” (Uels) - 1,016
“Atırau” (Qazaxıstan) - 0,899
“Kalev” (Estoniya) - 0,874
“Mika” (Ermənistan) - 0,849
“Besa” (Albaniya) - 0,799
“Buduçnost” (Çernoqoriya) - 0,675
“Vikinqur” (Farer adaları) - 0,366
“Kliftonill” (Şimali İrlandiya) - 0,324
Komandamızın digər potensial rəqibləri isə birinci mərhələnin oyunlarından sonra məlum olacaq. Avroliqanın birinci və ikinci mərhələsinin püşkatması iyunun 21-də İsveçrənin Nyon şəhərində keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 15:30-da start götürəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar