“Bakı Alovu”nun döyüşü canlı yayımlanacaq
25 Noyabr 2010 Cümə Axşamı 14:30
Boksçularımız WSB liqasında növbəti döyüşlərini keçirəcəklər
WSB liqasında mübarizə aparan “Baku Fires” (“Bakı Alovu”) klubu bu liqada növbəti döyüşünü noyabrın 27-də səfərdə Qazaxıstanın “Astana Arlans” komandasına qarşı keçirəcək.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, artıq hər iki klubun rinqə çıxacağı boksçularının adlarına aydınlıq gəlib.
Rinqdə mübarizə aparacaq idmançılar:
54 kq çəki dərəcəsi
Nurlan Seitimbetov (Astana Arlans) - Rəhim Nəcəfov (Baku Fires) ,
61 kq çəki dərəcəsi
Yerjan Mussafirov (Astana Arlans) - Koba Pxakadze (Baku Fires),
73 kq çəki dərəcəsi
Baxıt Sarsekbayev (Astana Arlans) – Məhəmməd Nuritdinov (Baku Fires),
85 kq çəki dərəcəsi
Marat Moldagereyev (Astana Arlans) – Denis Poyatska (Baku Fires),
91+ kq çəki dərəcəsi
Milutin Stankoviç (Astana Arlans) - Məhəmmədrəsul Məcidov (Baku Fires).
Yarışların qaydalarına əsasən, boksçular hər döyüşdən sonra ən azı iki həftə dincəlməlidirlər. Odur ki, ilk turda rinqə çıxmış idmançılar bu dəfə mübarizə aparmayacaqlar. Xatırladaq ki, “Baku Fires” ilk turda “Beijing Dragons” klubunu 5:0 hesabı ilə məglub etmişdi. “Astana Arlans” da öz meydanında keçirilən görüşdə eyni hesabla Koreyanın İnçeon şəhərinin komandasından üstün olmuşdu. Noyabrın 27-də Almatıda keçiriləcək görüş “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.
DOSTLARINLA PAYLAŞ: