Bakı 2020-ci ilin Yay Olimpiadasının ev sahibi olmağa namizəddir
01 Sentyabr 2011 Cümə Axşamı 17:39
Ölkəmizin paytaxtının rəqibləri Doha, İstanbul, Madrid, Roma və Tokio şəhərləridir
2020-ci ilin Yay Olimpiadasının keçirilməsinə namizəd olan şəhərlərin adları elan edilib. Bu iri turnirin keçirilməsi uğrunda mübarizəyə 6 ölkə qoşulub.Azərbaycan Milli Olimpiya Komitəsindən verilən məlumata görə, iddiaçı şəhərlər arasında Bakının da adı var. Ölkəmizin paytaxtının rəqibləri Doha, İstanbul, Madrid, Roma və Tokio şəhərləridir.
2020-ci il Olimpiadasının keçirilməsinə iddiaçı şəhərlərin seçim mərhələsi Beynəlxalq Olimpiya Komitəsinin 2013-cü ildə Buenos-Ayresdə keçiriləcək Konqresində təşkil olunacaq.
Xatırladaq ki, Bakı 2016-cı il Yay Olimpiadasının keçirilməsinə də öz namizədliyini irəli sürmüşdü.
DOSTLARINLA PAYLAŞ: