Azərbaycan Premyer Liqasının XXI turuna bu gün keçiriləcək 4 qarşılaşma ilə yekun vurulacaq. Günün və ümumiyyətlə XXI turun mərkəzi matçı Bakıda keçiriləcək. “Neftçi” Tofiq Bəhramov adına Respublika satdionunda “Xəzər-Lənkəran”ı qəbul edəcək. “Böyük Oyun” adlandırılan qarşılaşmanın “Xəzər-Lənkəran” üçün əhəmiyyəti daha böyükdür. 43 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşan Lənkəran təmsilçisi, “Neftçi”ni məğlub edərək çempionluq şanslarını davam etirmək istəyir. Çempion olmaq şansını itirən “Neftçi” isə bu matçda prestij və turnir cədəvlində mümkün qədər yuxarı pillədə qərarlaşmaq üçün mübarizə aparacaq. Bakının qələbəsindən sonra turnir cədvəlində 2-ci pilləyə geriləyən “İnter” isə bu tur autsayder MOİK-lə qarşılaşacaq.
Premyer Liqanın XXI turu çərçivəsində bu gün keçiriləcək matçların başlanma saatını, stadionları və oyunları idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
12 aprel, bazar
"Neftçi" - "Xəzər-Lənkəran"
Başlanma saatı: 19.00
Stadion: Tofiq Bəhramov adına Respublika Stadionu
Hakim: Anar Salmanov
MOİK - "İnter"
Başlanma saatı: 16.00
Stadion: "Şəfa" stadionu
Hakim: Ramil Diniyev
"Turan" - "Karvan"
Başlanma saatı: 16.00
Stadion: Tovuz şəhər stadionu
Hakim: Elçin Məmmədov
"Qəbələ" - "Olimpik"
Başlanma saatı: 16.00
Stadion: Qəbələ şəhər stadionu
Hakim: Rövşən Əhmədov
Elvin Rəsul /ANS PRESS/